RU

Yeni Klinikanın həkimləri “Nadir xəstəliklər” adlı konfransda iştirak ediblər 

Yeni Klinikanın Neonatologiya şöbəsinin müdiri Əkbər Quliyev və Sümük iliyi transplantasiyası şöbəsinin müdiri Sevil Cəlilova Azərbaycan Pediatriya Cəmiyyətinin təşəbbüsü ilə baş tutan “Nadir xəstəliklər” adlı konfransda iştirak ediblər.
 
Aztibb.az-a Klinikadan verilən məlumata görə, uzman həkim Əkbər Quliyev konfransın “Genetik xəstəliklərdə yeni diaqnostika və müalicə üsulları” sessiyasına sədrlik edib.
 
“Nadir hematoloji xəstəliklər” sessiyasında isə Sevil Cəlilova “Porfiriyalara müasir yanaşma, klinik müşahidələrimiz” adlı məruzə ilə çıxış edib.
 
Sessiyaların interaktiv şəkildə təşkil olunduğu konfransda bir sıra aktual problemlərə toxunulub.
Избранный
115
2
aztibb.az

3Источники