RU

BMT-nin Əhali Fondu demoqrafiya ilə bağlı məsələlərdə Azərbaycan hökuməti ilə tərəfdaşlığını təsdiqləyir (FOTO)

Bakı. Trend:

Səhiyyə Nazirliyində BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycanüzrə ölkə direktoru Məryəm Xan ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,səhiyyə naziri Teymur Musayev Azərbaycanın BMT-nin müxtəlifixtisaslaşmış strukturları, həmçinin UNFPA ilə səmərəli əməkdaşlıqetdiyini vurğulayıb. Teymur Musayev Azərbaycanın BMT-nin ƏhaliFondu ilə bir sıra sahələrdə, o cümlədən səhiyyə sahəsində dəsəmərəli əməkdaşlığını qeyd edib.

Nazir, həmçinin bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələriüzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cusessiyasına (COP29) ölkəmizin ev sahibliyi edəcəyini vurğulayıb.Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elanedilməsini diqqətə çatdıran Teymur Musayev, cari ildə milli vəqlobal səviyyədə həyata keçirilən bir sıra tədbirlərin iqlimdəyişikliyinin mənfi təsirlərinə həsr olunduğunu bildirib.

Sonda nazir Azərbaycan ilə BMT-nin Əhali Fondunun birgəfəaliyyətinin gələcəkdə də səmərəli şəkildə inkişaf edəcəyinəəminliyini ifadə edib.

Məryəm Xan Azərbaycan ilə bu təşkilat arasında əldə olunantərəfdaşlıq səviyyəsini yüksək qiymətləndirib. Onun sözlərinə görə,UNFPA demoqrafiya ilə bağlı məsələlərə, gender bərabərliyinintəşviqi və qadınların sağlamlığının qorunmasına yönələn çoxşaxəlitəşəbbüslərində Azərbaycan hökuməti ilə uzunmüddətli tərəfdaşlığasadiqliyini bir daha təsdiqləyir.

Məryam Xan, həmçinin Azərbaycanı COP29-un ev sahibliyi edəcəyimünasibətilə təbrik edib. Onun sözlərinə görə, cari il üçünprioritet COP29 konfransına hazırlıqları dəstəkləmək məqsədiləBMT-nin Əhali Fondunun müqayisəli üstünlüyünə uyğunlaşdırılan iqlimdayanıqlılığı səylərinə veriləcək.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında genişfikir mübadiləsi aparılıb.

BMT-nin
BMT-nin
Избранный
49
10
az.trend.az

10Источники