Xüsusilə ağardıcı olaraq təbliğ edilən pastalar dişləri aşındıraraq onları zədələyir. Minanı aşındıran hər hansı bir şey diş əti resessiyasına səbəb ola bilər. Odur ki, həkiminizin tövsiyə etmədiyi ağardıcı pastalardan uzaq durun!
Çox rəngli qidalardan istifadə etmək
Diş minası süngər kimidir. Şüşə və ya boşqabda qalanda ləkələnən qidalar da zamanla dişlərinizi ləkələyəcək. Bəs bu boyalı qidalar nədir? Çay, qəhvə, kola, köri sousu, soya sousu, qırmızı şərab, meyvə şirələri, siqaretlər və s.... Zamanla bunlar dişlərdə sarıdan qəhvəyi rəngə qədər qalır. Dişlərinizdə bu tip ləkələr varsa, mütləq ağardıcı pastalardan uzaq durmalısınız. Diş həkiminizlə məsləhətləşərək emaye aşınması olmadan təmizləmək mümkündür.
Dişlərin açıcı kimi istifadəsi
Diş həkiminə getməkdən qaçınmaq
Hamımız bilirik ki, ildə ən azı iki dəfə diş həkiminə müraciət etmək lazımdır. Ancaq bəzi hallarda, hər üç ayda bir diş həkimi müayinəsi tələb oluna bilər. Diş həkiminizin tövsiyə etdiyi qədər tez-tez müayinələrə getməyi unutmamalısınız. Bunun ən böyük səbəbi erkən dövrdə aşkarlana bilməyən problemlərin gələcəkdə daha böyük xərclərə və problemlərə yol açmasıdır.
Saglamolun.Az