RU

“D” kateqoriyalı məşqçi kurslarına start verilib

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən “D” kateqoriyalı məşqçi kurslarına start verilib.



Komanda.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində baş tutan kursa 20 nəfər cəlb olunub.



AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, eləcə də Kütləvi Futbol Departamentinin mütəxəssisi Orxan Mikayıllı iştirakçılara kursun mahiyyəti haqqında ümumi məlumat verib, onlara uğurlar arzulayıblar. İlk gündə AFFA-nın məşqçi kurslarının təlimatçıları İlham Əzizzadə və Dəyanət Əliyev tərəfindən iştirakçılara ilkin futbol bilikləri barədə məlumat verilib.



Kurs 3 gün davam edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketləraffa UEFA

Избранный
154
6
komanda.az

7Источники