Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 26 may 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib. Sağlamolun.az xəbər verir ki, DİM bu imtahanlarda hər iki ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən abituriyentlərin adını açıqlayıb.
III ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 397.0 bal toplayan Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu Hacıyeva Zeynəb Hünər qızı göstərib. O, imtahanın birinci mərhələsində 290.0 bal toplayıb. Hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 692.5 bal toplayan M.Ələkbərov adına Tovuz şəhər məktəbinin məzunu Məhərrəmzadə İlahə Rəşad qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 392.5 bal toplayıb. Fotoda: İlahə Məhərrəmzadə
Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.Saglamolun.Az