RU

“Fransa hərbi yardımlarıyla Ermənistan üçün xəyali düşmən obrazı yaradır”

Seymur Əliyev: “Paris İrəvanı inandırmağa çalışır ki, onun düşmənləri var və o, bu düşmənlərə qarşı silahlanmalıdır”

 

“Fransa hərbi yardımlarıyla Ermənistan üçün xəyali düşmən obrazı yaradır və onu bu düşmənin mövcudluğuna inandırmağa cəhd edir”.

 

Bunu Moderator.az-a açıqlamasıdna Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının mətbuat katibi, siyasi şərhçi Seymur Əliyev bildirib. O, qeyd edib ki, regionda Ermənistan üçün təhdid yaradan heç bir dövlət yoxdur və belə olan halda İrəvana hərbi yardımların göstərilməsi başqa mətləblərdən xəbər verir:

 

“Cənubi Qafqaz regionu üçün ən böyük təhlükə mənbəyi hər zaman Ermənistan, bu ölkədəki erməni faşizmi olub. 44 günlük Vətən müharibəsindən sonra isə bu təhlükə böyük ölçüdə aradan qaldırıldı. Azərbaycan Ordusu erməni faşizminin başını əzməklə onu bütün region üçün neytrallaşdırdı.

 

Bu gün Ermənistan üçün regionda təhdid və ya təhlükə yaradacaq heç bir dövlət yoxdur. Heç kim Ermənistanı, onun təhlükəsizliyini təhdid etmir. Belə olan halda Fransanın Ermənistana hərbi texnikalar, müxtəlif radio lokasiya və hava hücumudna müdafiə sistemləri göndərməsi məntiqsizdir. Bu fakt bir daha onu göstərir ki, Fransa regionda sülhün, sabitliyin mövcud olmasında maraqlı deyil. Buna görə də rəsmi Paris İrəvanı inandırmağa çalışır ki, giuya onun düşməmnləri var və o, bu düşmənlərə qarşı hökmən silahlanmalıdır. Əslində isə Paris bu yolla Ermənistanda, onun tismalıdna Cənubi Qafqazda möhkəmlənməyə çalışır və görünən odur ki, Fransanın bu siyasəti yaxın gələcəkdə də davam edəcək”.

 

 

Избранный
842
50
moderator.az

10Источники