RU

Bu şəxslər üçün yeni güzəşt tətbiq olunacaq – Milli Məclis təsdiq etdi

Bakı. Trend:

Valideyin himayəsindən məhrum olmuş 18 yaşına çatan şəxslər üçünyeni güzəşt tətbiq olunacaq.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bugün keçirilən iclasında müzakirə edilən “Sosial xidmət haqqında”qanuna dəyişiklikdə öz əksini tapıb.

Qanuna təklif edilən dəyişikliyə əsasən, həmin şəxslər çətinşəraitə düşmüş insanlar kateqoriyasına aid olunacaq və onlar da evalana qədər dövlət müəssisələrində yaşayış yeri ilə təminolunacaq.

Həmin şəxslər 18 yaşına çatdıqdan sonra sosial xidmətmüəssisələrindən çıxırdılar və ev alana qədər çox vaxt çətinkirayədə qalmalı olurdular.

İndi həmin şəxslər də çətin şəraitə düşmüş insanlarkateqoriyasına aid olunacaq. Eyni zamanda, onları daha tez siyahıyasalıb mənzillərlə təmin etmək mümkün olacaq.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq üçüncüoxunuşda qəbul edilib.

Избранный
606
13
az.trend.az

10Источники