Elm və təhsil nazirliyindən TehsilForumu.Az- a verilən məlumata görə İyunun 17-də UNESCO-nun Baş Qərargahında “Dayanıqlı İnkişaf Məqsədi 4-ə doğru irəliləyişin sürətləndirilməsi: transformativ təhsilin nəticələri” adlı iclas keçirilib. İclasda üzv dövlətlərin təhsil, maliyyə və ətraf mühit nazirləri iştirak ediblər. İclasda elm və təhsil naziri Emin Əmrullayevin iştirakçılara videomüraciəti yayımlanıb. Müraciətdə sosial-iqtisadi inkişafla bağlı prioritetlərdən bəhs olunub, eləcə də COP29 çərçivəsində ölkəmizdə təhsil sahəsində planlaşdırılan bir sıra tədbirlər barədə məlumat verilib.


- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта