Bakı. Trend:
Bakıda qətl hadisəsi törədilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, oktyabrın 24-dəsaat 16 radələrində paytaxtın Nəsimi rayonunda 1972-ci iltəvəllüdlü, əvvəllər məhkum olunmuş Həsənov Araz Malik oğlununkəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxilolub.
Cinayət əməlini törətməkdə şəxsin saxlanılması istiqamətindəpolis əməkdaşları tərəfindən tədbirlər görülür.