Şəkidə məktəb binasında baş verən yanğın hadisəsi ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsi açıqlama verib.Bu barədə bildirilib ki, hadisə istifadəyə yararsız binanın ikinci mərtəbəsində baş verib.Qeyd olunub ki, iyunun 19-da təxminən saat 23:10-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki rayonu Turan qəsəbə tam orta məktəbinin həyətində yerləşən istifadəyə yararsız binanın ikinci mərtəbəsində yanğın hadisəsi baş verib:"Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası və canlı qüvvəsi cəlb olunaraq yanğın söndürülüb. Yanğın ilə bağlı zərər çəkən olmayıb.Yanğının baş vermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır".
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта