RU

Qəzzada səhiyyə sistemi tamamilə çöküb

Qəzzada səhiyyə sistemi tamamilə çöküb

Qəzzada səhiyyə sistemi tamamilə çöküb

Sonxeber.az xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyi Qəzzadakı xəstəxanalardakı səhiyyə sisteminin tamamilə çökdüyünü açıqlayıb.

Açıqlamada İsrailin hücumlarında ölənlərin sayının 2 min 360-ı uşaq, 1292-si qadın olmaqla 5 min 791-ə, yaralıların sayının isə 16 min 297-yə yüksəldiyi bildirilib.

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı "Əqsa tufanı" adlı hərtərəfli hücuma keçib.

İsrail ordusu da onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücuma başlayıb.

İşğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudi məskunlaşanların hücumları nəticəsində 90-dan çox fələstinlinin həlak olduğu bildirilib.

Избранный
704
5
sonxeber.az

10Источники