RU

Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb

Bakı. Trend:

Paytaxtın Nəsimi rayonunda qida təhlükəsizliyi sahəsindənormativ hüquqi aktların pozulduğu restoranın fəaliyyətiməhdudlaşdırılıb.

Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyinin İnformasiyatəminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Puşkin küçəsi, ev13 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Mehdiyev Ramal Rivanoğluna məxsus “Puşkin” restoranında antisanitar vəziyyətlə bağlıdaxil olmuş məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyininəməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqiaktların, sanitariya norma və qaydaların tələblərinin pozulduğumüəyyən edilib. Belə ki, qida obyektində temperaturun monitorinqivə qeydiyyatının, eləcə də müvafiq təmizlik işlərinin aparılmadığı,işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və digərnöqsanlar aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyibarəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyətiməhdudlaşdırılıb.

Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qidaməhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərinidavam etdirir.

Избранный
507
12
az.trend.az

10Источники