RU

Tərtərdə minaya düşən şəxsin bir qolu amputasiya edilib – YENİLƏNİB

Oktyabrın 26-da səhər saatlarında Tərtər rayonu Talış kəndi ərazisində əkin təsərrüfatında çalışan traktorçu 1970-ci il təvəllüdlü Elçin Xanbaba oğlu Nurəliyevin minaya düşməsi barədə polisə məlumat daxil olub.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Gununsesi.info-ya bildirilib ki, vətəndaş ərazidən çıxarılaraq xəstəxanaya çatdırılıb.Aldığı xəsarətlər nəticəsində onun bir qolu amputasiya edilib.Hadisə əkin sahəsində iş prosesi vaxtı baş verib.Faktla bağlı araşdırma aparılır.***08:00Oktyabrın 26-sı saat yeddi radələrində Tərtər rayonunun Talış kəndi ərazisində 1970-ci il təvəllüdlü Elçin Vəliyevin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.Bu barədə Gununsesi.info-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.Qeyd olunub ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.Hazırda faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Избранный
7
49
gununsesi.info

10Источники