Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad olunmuş Füzuli şəhərinə qayıdışla bağlı reportaj hazırlayıb. Gununsesi.info xəbər verir ki, reportajda füzulililərin Bakının Qaradağ rayonundan doğma yurd-yuvalarına köçünü əks etdirən görüntülər yer alıb.“Füzulidən 11 yaşımda çıxmışam, məcburi köçkün olmuşuq. İndi də Füzuliyə qayıdırıq”, – sakinlərdən biri deyib.“Füzuliyə geri dönürük. Çox həyəcanlı və sevincliyik. İnşallah bütün Füzuli camaatı mənim ailəm kimi öz yurduna dönəcək”, – digər sakin deyib.Reportajda ailələrin öz mənzilləri ilə tanışlığı da yer alıb.Həmin görüntüləri təqdim edirik:
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта