Müğənni Xatirə İslam Xankəndidəki evinin dağılmış halda olan görüntüsünü yayımlayıb. BUTA.TVAxşam.az-a istinadən xəbər verir ki, görüntüləri ona izləyicilərindən biri göndərib. Həmin videonu sənətçi "Çəkən bilmirəm kimdir, sağ olsun" şərhi ilə paylaşıb. Sənətçi yaxın zamanda özünün də ora gedəcəyini söyləyib.