Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəlif marka və saysız sayda rəng çalarları vardır. Lakin boyalardan uzun zaman istifadə etdikdən sonra, bir çox xanımlar dırnaqlarının pisləşməsini müşahidə edirlər. Zamanla dırnaqlar zəif, rəngsiz və tez qırılmağa meyilli olurlar. Bəs, hər həftə istifadə etdiyimiz bu boyaların tərkib hissəsindən xəbərdarsınızmı?Saglamolun.Az