İsrail qüvvələri 4 fələstinlini öldürüb
İsrail ordusunun çoxlu sayda hərbçi ilə işğal altındakı İordan çayının qərb sahilindəki Cenin və Nablus şəhərlərinə təşkil etdiyi hücumda 4 fələstinli ölüb, 12 fələstinli yaralanıb.
Sonxeber.az xəbər verir ki, İsrail əsgərləri gecə saatlarında buldozerlər və çoxlu hərbi maşınlarla Cenin şəhərinə basqın ediblər. Basqınla eyni vaxtda İsrail təyyarələri Cenin səması üzərində uçuşlar həyata keçirib.
Basqına reaksiya verən İsrail əsgərləri ilə Fələstin müqavimət qrupları arasında qarşıdurma yaşanıb.
Yerli qaynaqlar İsrail ordusunun əsgərlərinin İordan çayının qərb sahilindəki Nablus və Qalkilya şəhərlərinə də basqınlar təşkil etdiyini bildirib. Basqın zamanı İsrail əsgərləri ilə fələstinlilər arasında qarşıdurma baş verib.
Qəzzadakı qarşıdurmalarla eyni vaxtda İordan çayının qərb sahilində fələstinlilərlə İsrail əsgərləri arasında gərginlik artır. İsrail qüvvələri İordan çayının qərb sahilinin müxtəlif şəhərlərinə basqın edərək fələstinliləri həbs edib.