Aralıq dənizinin şərqində 4,1 bal gücündə zəlzələ olub.BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib. Yeraltı təkanların ocağı 6,97 km dərinlikdə yerləşib. BUTA.TV-də reklamZəlzələnin episentri Muğla şəhərinin Datça rayonundan 251,35 km cənubda olub. Regionda sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib.