RU

Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat başlanır

Bakı. Trend:

Rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərinqiymətləndirilməsi imtahanında (I mərhələ) “məqbul” almış (40 vədaha çox bal toplamış) və rezidenturaya qəbul olmaq hüququ olannamizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsiimtahanında (II mərhələ) iştirak etmək üçün 15 iyul saat 23:59-dəktələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edibqeydiyyatdan keçməlidirlər.

DİM-dən Trend-ə verilən xəbərə görə, qeydiyyatdan keçməyənnamizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsiimtahanına buraxılmayacaqlar.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından“məqbul” alan (40 və daha çox bal toplayan) tələbələr ixtisasfənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnızrezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (bazaali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.

İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanınınavqustun 4-də Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdətutulur.

Избранный
46
49
az.trend.az

10Источники