RU

Almaniya Yaxın Şərqə 1000-dən çox hərbçi göndərdi

Almaniya vətəndaşlarının münaqişə zonasından çıxarılması üçün Yaxın Şərqə 1000-dən çox hərbçi göndərib .

Teleqraf.com xəbər verir ki, bu barədə DPA xəbər agentliyi Berlindəki təhlükəsizlik rəsmilərinə istinadən məlumat yayıb.

"Bundesver Almaniya vətəndaşlarının mümkün təxliyəsi üçün Yaxın Şərqə 1000-dən çox əsgər göndərib", - bəyanatda deyilir.

Qeyd olunur ki , hazırda Kiprdə hərbçilərin əksəriyyəti döyüş hazırlığı vəziyyətindədir .

Mənbələrin fikrincə, hər şey hadisələrin gələcək gedişindən asılı olacaq, onu proqnozlaşdırmaq mümkün deyil.


Müəllif: Teleqraf.com
Избранный
329
13
teleqraf.com

10Источники