Bakıda baş həkimin otağına benzin törkərək yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, hadisəni törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Rüfət Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
***
Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün həkimin otağına benzin tökərək yandırıb.
Hurriyyet.az xəbər verir ki, hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, yanğını söndürülməyə cəhd edilir.
Xəsarət alan olmadığı bildirilir, əlavə məlumat veriləcək.
Tns.az