RU

Məktəbəhazırlıq qruplarına qəbulda 156 məktəbdə prioritet tətbiq ediləcək

Məktəbəhazırlıq

Bakı, 11 iyul, AZƏRTAC

Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul prosesində də üstünlük hüququ tətbiq ediləcək.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, iyulun 16-dan 30-dək Azərbaycan bölməsi üzrə Bakı və Gəncə şəhərində yerləşən 45, iyulun 18-dən avqustun 1-dək isə rus bölməsi üzrə Bakı və Gəncə şəhərində yerləşən 111 ümumi təhsil müəssisəsində prioritet tətbiq ediləcək.

Prioritet tətbiq ediləcək ümumi təhsil müəssisələri ilə buradan tanış ola bilərsiniz.

Избранный
85
9
azertag.az

10Источники