RU

İndiyədək azad olunan ərazilərə köçürülən şəxslərin sayı açıqlanıb

Böyük Qayıdış çərçivəsində indiyədək 3188 nəfər doğma yurdlarına köçürülüb.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclasında məlumat verilib.

Qeyd olunub ki, Dövlət Komitəsi Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, qarşısına qoyulan tədbirlərin icrasını təmin edir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərin bərpası və yenidənqurulması istiqamətində həyata keçirilən işləri daimi nəzarətdə saxlaması, məcburi köçkünlərin rahat və təhlükəsiz yaşayışının təmin edilməsi üçün həyata keçirilən işlər məcburi köçkünlərdə dərin razılıq və minnətdarlıq hissi doğurur. Onlar tezliklə doğma yurdlarına köçməyə, o yerləri yenidən dirçəltməyə can atır.

Bildirilib ki, Böyük Qayıdış çərçivəsində indiyədək 3188 nəfər doğma yurdlarına köçürülüb. Dövlətimizin başçısının tapşırıqlarının, Böyük Qayıdış proqramına uyğun komitəyə həvalə edilmiş tədbirlərin icrası istiqamətində məqsədyönlü iş aparılır.

Избранный
499
27
aznews.az

10Источники