RU

“Mossad”ın rəhbəri Qətərdə Qəzzadan girovların azad edilməsini müzakirə edib

İsrailin xarici kəşfiyyat xidmətinin (Mossad – Qeyd) rəhbəri David Barnea Qətərə səfər edib.

Bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

Barnea həftə sonu Qətərə gedərək yüksək səviyyəli rəsmilərlə görüşüb və Qəzza zolağından 235-dən çox İsrail və əcnəbi vətəndaşın girovluqdan azad edilməsi səylərini müzakirə edib.

Nəşr vurğulayıb ki, Qətər hazırda girovların azad edilməsi məsələsində İsrail və Həmas arasında əsas vasitəçidir.

Избранный
497
44
moderator.az

10Источники