Bu barədə Demokrat.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yay mövsümü insanların təbiət qoynunda istirahətə marağının artması ilə yanaşı kənd təsərrüfatı sahəsində fəaliyyətin daha da aktivləşməsi ilə müşayiət olunur:
"Havanın yüksək temperaturu, xüsusilə bəzi vaxtlarda güclü küləklərin müşahidə olunması, eləcə də əkin sahələrində texniki cəhətdən tam saz vəziyyətdə olmayan kənd təsərrüfatı texnikalarının istismarı yanğınların baş verməsi və sürətlə yayılması təhlükəsini artırır. Bir sıra hallarda insanların ehtiyatsız və ya məsuliyyətsiz davranışı, o cümlədən biçilmiş taxıl sahələrinin bilərəkdən yandırılması, təsərrüfat fəaliyyəti və ya istirahət zamanı müvafiq yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi yanğınların baş verməsinə, nəticədə dövlət və ya xüsusi əmlaka, milli sərvətlərimizə, meşə və qoruqlarımıza ziyan dəyməsinə, habelə insanların həyat və sağlamlığının təhlükə ilə üzləşməsinə səbəb olur."
Məlumatda qeyd olunub ki, baş verən hər bir yanğın hadisəsi araşdırılaraq hüquqi qiymət verilir və günahkar şəxslərlə bağlı qanunvericilik çərçivəsində tədbirlər görülür.
10Источники
-
avtosfer.azFHN və DİN-dən əhaliyə müraciət ( 8705255)
-
demokrat.azTaxıl sahələrini yandıranlar cəzalandırılacaqlar — RƏSMİ BƏYANAT ( 8692019)
-
baku.newsYanğın təhlükəsizliyi məsələlərinə dair əhaliyə müraciət ( 8688857)
-
cebheinfo.azTaxıl sahələrini yandıranlar cəzalandırılacaqlar - RƏSMİ BƏYANAT ( 8688617)
-
yenicag.azTaxıl sahələrini yandıranlar cəzalandırılacaqlar – RƏSMİ BƏYANAT ( 8688071)
-
xalqqazeti.azFHN və DİN-in bəzi yanğın təhlükəsizliyi məsələlərinə dair əhaliyə müraciəti ( 8686799)
-
moderator.azBu texnikalar yanğın təhlükəsi yaradır - FHN ( 8686088)
-
azertag.azFövqəladə Hallar və Daxili İşlər nazirlikləri yanğın təhlükəsizliyi məsələləri ilə bağlı birgə müraciət yayıb ( 8685893)
-
teleqraf.comBu texnikalar yanğın təhlükəsi yaradır - FHN ( 8684999)
-
oxu24.comSON DƏQİQƏ! Rəsmi qurumlar əhaliyə xəbərdarlıq etdi ( 8681756)