RU

Arif Hacılının oğlu həbs edildi - VİDEO

Müsavat partiyasının sədri Arif Hacılının oğlu həbs edilib. 

Lent.az xəbər verir ki, bu barədə Arif Hacılı özü məlumat verib. 

Onun sözlərinə görə, oğlu, bir müddət əvvəl törətdiyi yol qəzası ilə əlaqədar həbs edilib. 

Qeyd edək ki, bir müddət əvvəl Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılının Bakıda yol qəzası törətməsi barədə görüntülər yayılıb. Sosial şəbəkədə yayılan görüntülərdə Yasamal rayonu ərazisində, Hüseyn Cavid prospektində sərxoş olduğu iddia olunan sürücünün qəza törətdiyi əks olunub. “Honda” markalı avtomobil manevr edəndə bir neçə avtomobilə çırpılıb. Qəza nəticəsində xəsarət alanların olduğu, avtomobillərə ziyan dəydiyi bildirilir.

Избранный
403
8
lent.az

10Источники