UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Publika.az xəbər verir ki, “Qarabağ”ın potensial rəqibləri də cavab matçına çıxıblar. Cəbəllütariqin “Linkoln” klubu öz meydanında Maltanın “Hamrun Spartans” komandasını qəbul edib. Səfərdə rəqibinə 1:0 hesabı ilə qalib gələn "Linkoln" doğma meydanda eyni hesabla məğlub olub. Sonda qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan (5:4) Cəbəllütariq təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanıb.
Komanda bu raundda "Qarabağ"la qarşılaşacaq.