RU

Loqoped: Qız və oğlanların nitqləri arasında fərq onların fizioloji inkişaf xüsusiyyətlərindən asılıdır

Loqoped: Qız və oğlanların nitqləri arasında fərq onların fizioloji inkişaf xüsusiyyətlərindən asılıdır

Qız və oğlanların nitqləri arasında fərq bir az mübahisəli məqamdır. Amma müəyyən fərqlər mövcuddur.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu fikri Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin aparıcı loqopedi Aygün Ələkbərova söyləyib. Onun sözlərinə görə, bu, hər şeydən öncə oğlan və qızların fizioloji inkişaf xüsusiyyətlərindən asılıdır: “Qızlarda baş beyin qabığındakı neyronlararası əlaqələr nitqə cavabdeh olan bölgələrdə daha sürətli formalaşır. Oğlanlar qızlara nisbətən gec - təxminən 2,5-3 yaşa yaxın danışmağa başlayırlar”.

A.Ələkbərova qeyd edib ki, 4-6 yaşlı qızlar daha yaxşı danışırlar, şəkil çəkirlər: “Lakin istisnalar da mövcuddur. Ancaq məktəb dövründə oğlanlar məntiq və təfəkkürdən istifadə edirlər. Onların riyazi qabiliyyətləri daha çox inkişaf edir. Qızlara isə hekayələr, mətnlər danışmaq, şeirlər əzbərləmək daha asan olur”.

Loqoped vurğulayıb ki, oğlan və qızlar arasında nitqin başa düşülməsində də fərqlər müşahidə olunur: “Qızlar emosional nitqi daha yaxşı qavrayırlar, oğlanlar isə qısa və lakonik nitqi. Qızlar üçün hisslər və duyğular vacibdir. Onlar böyüklərin nitqində də bunu hiss etməyə çalışırlar. Oğlanlar isə danışarkən konkret və qısa danışmağa daha çox üstünlük verirlər”.

Mənbə: AZƏRTAC

Избранный
48
6
ilk.az

7Источники