Yayımlandı: 17 İyul 2024 15:34 Sabiq icra başçısı, komitə sədri və müavininin adları isə siyahıda var İyulun 17-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin toplantısı keçirilib. İclasda partiyanın 1 sentyabr növbədənkənar parlament seçkiləri ilə bağlı siyahısı müəyyənləşib. Hakim partiya Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovu, Milli Məclisin sabiq sədri, II, III, IV, V çağırış deputat olan Oqtay Əsədovu, Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevi, AMEA prezidenti İsa Həbibbəylini, Azərbaycan Müəllimlər İnstitutunun keçmiş rektoru, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri komitəsinin sədri, IV, V və VI çağırış deputatı Aqiyə Naxçıvanlını, Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyevanı növbədənkənar parlament seçkilərində namizəd olaraq irəli sürməyib. Ondan fərqli olaraq YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadənin namizədliyi irəli sürülüb. Eyni zamanda, II, III, IV, V çağırışda 119 saylı Ağdam seçki dairəsindən mandat alan “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun da adı siyahıya yoxdur. Həmin dairədən İbrahim Raqif oğlu Məmmədov deputatlığa namizəd göstərilib. Siyahıda iyulun 16-da Oğuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Eyvaz Qurbanovun, o cümlədən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, I, II, III, IV çağırış deputatı Mübariz Qurbanlının, Komitənin keçmiş sədr müavini, I, II çağırış deputatı Səyyad Aranın adları da yer alıb. Həmçinin, Baş nazirin müavini, II, III, IV çağırış deputatı Əli Əhmədovun, I, II, III, IV, V və VI çağırış deputatı Eldar İbrahimovun, III, IV, V , VI çağırış deputatı Ziyafət Əsgərovun, II, III, IV, V, VI çağırış deputatı Siyavuş Novruzovun, V, VI çağırış deputatı Tahir Mirkişilinin, IV, V və VI çağırış deputatı, Azər Badamovun, Kamil Cəfərovun, Nurlan Həsənovun, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, II, III, IV, V və VI çağırış deputatı Musa Quliyevun, I, II, III, IV, V və VI çağırış deputatı İmamverdi İsmayılovun, Rəşad Mahmudovun və digərlərinin adları da hakim partiyanın siyahısındadır. Meydan TV hakim partiyanın siyahısını təqdim edir: Hakim partiyanın deputatlığa namizədləri:1 saylı Şərur – Sədərək – Əsgərov Ziyafət Abbas oğlu2 saylı Şərur-Kəngərli – Novruzov Siyavuş Dünyamalı oğlu3 saylı Babək – Şahbuz – Kəngərli Babayev Asiman Əli oğlu4 saylı Naxçıvan şəhər – İbrahimov Eldar Rza oğlu5 saylı Babək – Naxçıvan – Culfa – Həmzəyeva Ülviyyə Tapdıq qızı6 saylı Ordubad – Culfa – Rəhimzadə Vüqar Gəncəli oğlu7 saylı Səbail – Qarayev Əhliman Paşa oğlu8 saylı Binəqədi birinci – Mirzəyeva Həcər Niyazi qızı9 saylı Binəqədi ikinci – Qafarov Kəmaləddin Nəsrəddin oğlu10 saylı Binəqədi üçüncü – Hüseynov Hümbət Rəhim oğlu11 saylı Binəqədi – Qaradağ – Xasayeva Səbinə Səməd qızı12 saylı Xəzər birinci – Maniyeva Aygün Şaitdin qızı13 saylı Xəzər ikinci – Əliyev Cəlahir Mirzəbala oğlu14 saylı Xəzər – Pirallahı – Rəsulova Vüsalə Elman qızı15 saylı Yasamal birinci – Quliyev Əli Dilən oğlu16 saylı Yasamal ikinci – Mirzəyev Həbib Adil oğlu17 saylı Yasamal üçüncü – Məmmədov Zaman Rəşid oğlu18 saylı Nərimanov – Nizami – Binəqədi – Babaşov Nizami Babaş oğlu19 saylı Nərimanov birinci – Məmmədov Hikmət Baba oğlu20 saylı Nərimanov ikinci – Vəliyev Samir Əhməd oğlu21 saylı Nəsimi – Binəqədi- İbrahimqızı Məlahət İbrahim qızı22 saylı Nəsimi – Yasamal – Hüseynov Xaliq İsa oğlu23 saylı Nəsimi – Səbail – Rəhimov Elnur Fidail oğlu24 saylı Nizami birinci – Rüstəmov Ramil Şahsuvar oğlu25 saylı Nizami ikinci – Əhmədov Əli Cavad oğlu26 saylı Sabunçu birinci – Hacıyeva Afaq Şirzad qızı27 saylı Sabunçu ikinci – Qasımova Səbinə Məmmədağa qızı28 saylı Sabunçu üçüncü – Qurbanov Taleh Mərifət oğlu29 saylı Sabunçu dördüncü – Abdullazadə İlahə İntiqam qızı30 saylı Suraxanı birinci – Fətəliyeva Sevinc Həbib qızı31 saylı Suraxanı ikinci – Quliyev Etibar Əliağa oğlu32 saylı Suraxanı üçüncü – Həsənova Afət Əbil qızı33 saylı Xətai birinci – Əliyev Yengibar Sərraf oğlu34 saylı Xətai ikinci – Zabelin Mixail Yuryeviç35 saylı Xətai üçüncü – Vəliyeva Pərvanə Bulut qızı36 saylı Xətai -Suraxanı – Hacıyeva Nərminə Aslan qızı37 saylı Qaradağ – Hüseynov Aydın Nəsir oğlu38 saylı Gəncə birinci – Həmzəyev Naqif Ələşrəf oğlu39 saylı Gəncə ikinci – Kərimzadə Pərvin Orxan qızı40 saylı Gəncə üçüncü – Quliyev Musa İsa oğlu41 saylı Gəncə – Samux – Goranboy Cəfərov Müşfiq Cəfər oğlu42 saylı Sumqayıt birinci – Hüseynova Hicran Kamran qızı43 saylı Sumqayıt ikinci – Mirkişili Tahir Famil oğlu44 saylı Sumqayıt üçüncü – Vəliyeva Mehriban Hidayət qızı45 saylı Sumqayıt dördüncü – Hacıyev Naib İsmixan oğlu46 saylı Sumqayıt beşinci – Akimova Elnarə Seydulla qızı47 saylı Sumqayıt – Abşeron – Qaradağ Mustafayev Musa Musa oğlu48 saylı Abşeron birinci – Məmmədova Nigar Fikrət qızı49 saylı Abşeron ikinci – Xudayev Faiq Allahverdi oğlu50 saylı Abşeron üçüncü – Namazov Ramid Zakir oğlu51 saylı Şirvan – Əsədov Heydər Xanış oğlu52 saylı Yevlax – Məmmədov İlham Kazım oğlu53 saylı Yevlax – Mingəçevir Hüseynli Əli Məhəmməd oğlu54 saylı Mingəçevir – Mirzəzadə Aydın Böyükkişi oğlu55 saylı Siyəzən – Quba – Xızı – Məmmədli Müşfiq Fazil oğlu56 saylı Şabran – Xaçmaz – Süleymanlı Mahir Tahir oğlu57 saylı Xaçmaz şəhər – Vəliyev Ağalar İsrəfil oğlu58 saylı Xaçmaz kənd – Əskərova Könül Rəcəb qızı59 saylı Quba – Məhərrəmzadə Əlibala Səttar oğlu60 saylı Quba – Qusar – Bağırova Fidan Yusifəli qızı61 saylı Qusar – Badamov Azər Camal oğlu62 saylı Kürdəmir Kazımova Yadigar Təvəkgül qızı63 saylı Hacıqabul – Kürdəmir – Aslanov Aqil Rahil oğlu64 saylı Salyan – Qurbanov Sadiq Haqverdi oğlu65 saylı Salyan – Biləsuvar – Neftçala – Ağayev Emin Zülfüqar oğlu66 saylı Saatlı – Ələkbərov Əziz Yusif oğlu67 saylı Sabirabad – Əmiraslanov Əhliman Tapdıq oğlu68 saylı Sabirabad – Şirvan – Cəfərov Kamal Xaqani oğlu69 saylı Biləsuvar – Əliyev Elməddin Saməddin oğlu70 saylı Neftçala – Baxışov Fərhad Ceyhun oğlu71 saylı Cəlilabad şəhər – Həsənov Malik Əvəz oğlu72 saylı Cəlilabad kənd – Nəsirov Elman Xudam oğlu73 saylı Masallı – Cəlilabad – Əliyeva Aytən Ədalət qızı74 saylı Masallı – Məmmədov Məşhur Şahbaz oğlu75 saylı Yardımlı – Masallı – Əliyev Sərvər Məlikməmməd oğlu76 saylı Lənkəran – Masallı – Paşazadə Cavanşir Hümmət oğlu77 saylı Lənkəran şəhər – Əliyev Əlimərdan Ələkbər oğlu78 saylı Lənkəran kənd – İsgəndərov Anar Camal oğlu79 saylı Astara – Mahmudov Rəşad Məmmədqulu oğlu80 saylı Lerik – Astara – Rəcəbov Elman Əliheydər oğlu81 saylı İmişli – Məmmədov İsrafil Zakir oğlu82 saylı İmişli – Saatlı – Salahlı Səyyad Adil oğlu83 saylı Beyləqan – İsmayılov Şahin Əmir oğlu84 saylı Füzuli – Məmmədov Namiq İbrahim oğlu85 saylı Füzuli – Ağcabədi – Cəfərov Dəyanət Cəmil oğlu86 saylı Ağcabədi – Rzayev Tahir Musa oğlu87 saylı Qobustan – Şamaxı – İsmayıllı – Novruzov Rasim Ramis oğlu88 saylı Şamaxı – Tağızadə Rəfail Vahid oğlu89 saylı İsmayıllı – Allahverdiyeva Xavər Şahı qızı90 saylı Ağsu – Hüseynov Əli Abbas oğlu91 saylı Göyçay – Əkbərov Fərid Əkbər oğlu92 saylı Göyçay – Ağdaş – Məmmədyarova Firəngiz Rafiq qızı93 saylı Ağdaş – Şahmuradov Anar Raqif oğlu94 saylı Ucar – Həsən Ramil Sahib oğlu95 saylı Zərdab – Kürdəmir – Ucar – İsmayılova Səliqə Oruc qızı96 saylı Goranboy – Naftalan – Bədəlov Bədəl Şamil oğlu97 saylı Tərtər – Ağdərə – Goranboy – Məmmədov Anar İlyaz oğlu98 saylı Bərdə – Tərtər – Fətiyev Xanlar Nuru oğlu99 saylı Bərdə – Yıldırım Fatma Vidadi qızı100 saylı Göygöl – Daşkəsən – Kəlbəcər – Bayramov Kamran Fərhad oğlu101 saylı Samux – Şəmkir – Qurbanlı Mübariz Qəhrəman oğlu102 saylı Şəmkir şəhər – Qafarova Sahibə Əli qızı103 saylı Şəmkir kənd – Həsənov Nurlan Urfan oğlu104 saylı Gədəbəy – Hüseynova Sevinc Əmirəhməd qızı105 saylı Tovuz – Gədəbəy – Hüseynov İlkin Abbas oğlu106 saylı Tovuz – Səfərov Nizami Abdulla oğlu107 saylı Tovuz – Qazax – Ağstafa – Aslanova Humay Tofiq qızı108 saylı Ağstafa – Kərimov Gülgün Kərim oğlu109 saylı Qazax – Seyidov Səməd İsmayıl oğlu110 saylı Balakən – Məhəməliyev Nəsib Məhəmməd oğlu111 saylı Zaqatala – Balakən – Mahmudova Vüsalə Yusif qızı112 saylı Zaqatala – Əsgərov Asif Yunis oğlu113 saylı Qax – Şəki – Sayadov Mithad Bəhərçi oğlu114 saylı Şəki şəhər – İskəndərov Vüqar Yapon oğlu115 saylı Şəki kənd – Yusibov Niymət Yusif oğlu116 saylı Qəbələ – Tağıyeva Ədilə Əli qızı117 saylı Oğuz – Qəbələ – Şəki – Qurbanov Eyvaz Daşdəmir oğlu118 saylı Ağdam – Xocalı – Məmmədov Elman Camal oğlu119 saylı Ağdam – Məmmədov İbrahim Raqif oğlu120 saylı Cəbrayıl – Qubadlı Məmmədov Ceyhun Valeh oğlu121 saylı Laçın – Muradov Rövşən Şahbaz oğlu122 saylı Xankəndi – Məmmədov Aqil Kamran oğlu123 saylı Kəlbəcər – Əhmədova Aidə Ələsgər qızı124 saylı Şuşa – Ağdam – Xocavənd – Babışova Leyla Adil qızı125 saylı Zəngilan – Qubadlı – İsmayılov İmamverdi İbiş oğlu Parlament seçkiyə gedir 2024-cü il iyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib. İyunun 28-də İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Meydan TV
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта