RU

Kir Starmer Afrika və Yaxın Şərq üçün 84 milyon funt sterlinqlik yeni yardım paketi elan edib

Kir Starmer Afrika və Yaxın Şərq üçün 84 milyon funt sterlinqlik yeni yardım paketi elan edib

Böyük Britaniyanın Baş naziri Kir Starmer iyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısının sonunda jurnalistlər üçün mətbuat konfransı keçirib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Baş nazir qeyri-qanuni miqrasiyanın dayandırılması üçün 84 milyon funt-sterlinq maliyyə vəsaitinin ayrılacağını elan edib. O, qeyd edib ki, bu vəsaitlə Afrika və Yaxın Şərqdə humanitar və səhiyyə dəstəyi, bacarıqların öyrədilməsi, iş imkanları və təhsilə çıxışla bağlı yardımların göstərilməsi nəzərdə tutulub. Kir Starmer bunun miqrasiya böhranının həlli istiqamətində vacib i olduğunu deyib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Mənbə: AZƏRTAC

Избранный
51
2
ilk.az

3Источники