RU

İtaliyada meşə yanğını ilə mübarizə aparan iki yanğınsöndürən ölüb

İtaliyada meşə yanğını ilə mübarizə aparan iki yanğınsöndürən ölüb

İtaliyanın cənubundakı Matera şəhəri yaxınlığında baş verən meşə yanğınına müdaxilə edən iki yanğınsöndürən ölüb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, İtaliya Prezidenti Sercio Mattarella və Baş nazir Ciorcia Meloni bədbəxt hadisə zamanı həlak olan yanğınsöndürənlərin ailələrinə başsağlığı veriblər.

Yanğınsöndürənlər evdə çətin vəziyyətdə qalan ailəni xilas etməyə çalışarkən ehtiyatsızlıqdan həlak olublar.

Qeyd edək ki, son günlər İtaliyada Afrikadan qaynaqlanan anomal isti hava müşahidə olunur. Səhiyyə Nazirliyi qızmar hava səbəbindən 14 şəhər üçün “qırmızı” xəbərdarlıq elan edib. Anomal isti nəticəsində 4 nəfər ölüb. Paytaxt Roma, digər bölgələrdə isə bir neçə meşə yanğını ocaqları qeydə alınıb.

Nihad Budaqov

Roma

Mənbə: AZƏRTAC

Избранный
47
2
ilk.az

3Источники