RU

Məhkəmə Arif Hacılının oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxacaq

Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılının barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə aparılıb.

APA-nın əldə etdiyi məlumata görə, Yasamal rayon Polis İdarəsində Orxan Hacılı barəsində Cinayət Məcəlləsinin 263.1 (nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər dəydikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.

Orxan Hacılı barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı Yasamal rayon Polis İdarəsinin müstəntiqi tərəfindən məhkəməyə təqdimat daxil olub.

Təqdimatda Orxan Hacılı barəsində 2 aylıq həbs qətimkan tədbirinin seçilməsi istənilib.

Yaxın dəqiqələrdə Yasamal rayon Məhkəməsində təqdimata baxılacaq.

Избранный
612
5
apa.az

10Источники