Manset.az xəbər verir ki, tibbi heyət Yeni Klinika, Nizami Tibb Mərkəzi, Nərimanov Tibb Mərkəzi, Respublika Klinik Xəstəxanası, Respublika Pediatriya Mərkəzinin nəzdində olan Uşaq Nevroloji Xəstəxanasında fəaliyyət göstərən müxtəlif ixtisaslı həkim-mütəxəssislərdən ibarət olub.
Müayinələr sinir sistemi xəstəliklərinin risk faizinin yüksək olduğu bölgələrdən hesab olunan Şəki-Zaqatala tibbi ərazi bölməsinə daxil olan Şəki, Balakən, Zaqatala, Oğuz, Qax və Qəbələ rayonlarının vətəndaşları üçün təşkil edilib. Sağlamlıq günlərində 800-dən çox vətəndaş nevroloq, uşaq nevroloqu, terapevt, pediatr, psixoloq müayinələrindən keçərək 3 500-ə yaxın tibbi xidmətdən yararlanıb. Müxtəlif sosial qruplardan olan vətəndaşlar arasında həssas əhali qrupuna daxil olan müharibə iştirakçıları və şəhid ailələrinin üzvləri də tibbi müayinələrdə iştirak edib. Həkim-mütəxəssislər tərəfindən vətəndaşlara zəruri tibbi məsləhətlər verilib və ətraflı müayinə üçün müvafiq tibb müəssisələrinə yönləndirilib. Nəzərə alaq ki, müayinələr sinir sistemi xəstəliklərinin risk faizinin yüksək olduğu bölgələrdən hesab olunan Şəki-Zaqatala tibbi ərazi bölməsinə daxil olan Şəki, Balakən, Zaqatala, Oğuz, Qax və Qəbələ rayonlarının vətəndaşları üçün təşkil edilib.