RU

“Gömrük tarif dərəcələrində artımlar baş vermir”

“Dövlət Gömrük Komitəsinin (DGK) tarif dərəcələrində artımlar baş vermir”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri DGK-nın sədri Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında büdcə müzakirəsi zamanı deyib. 

Onun sözlərinə görə, əksinə, ölkədə aparılan iqtisadi siyasət ondan ibarətdir ki, tarif dərəcələrində azaldılma tendensiyası baş verir: “Bu da istehsal sahələrində əlavə dəyərin yaradılması və xidmət sahələrinə dəstək göstərmək üçün həyata keçirilir. Bu konteksdə gömrük orqanlarında növbəti il üçün 5 milyard 900 milyon manatlıq büdcə daxilolmalarını təmin etməyə çalışılacaq. Bu hesablamalar idxal həcmlərindən asılı olaraq baş verir. Eyni zamanda gömrük dəyərinin müəyyən edilməsi məsələlərində də üzərimizə mühüm işlər düşür.

Избранный
132
10
demokrat.az

9Источники