RU

İraq Nümayəndələr Şurasının üzvləri ADU-nun qonağı olub (FOTO)

Bakı. Trend:

Noyabrın 1-də Azərbaycan Dillər Universitetində (ADU) İraqRespublikası Nümayəndələr Şurasının sədri və üzvləri ilə görüşkeçirilib.

Görüşdə İraq Respublikasının Nümayəndələr Şurasının İnsanhaqları komitəsinin sədri Ərşad Rəşad Əl-Salihi, şura üzvləriNuruldin Hüssein Qublan, Luqman Əhməd Nəcm, Qərib Əsgər Naqi,İbrahim Vəzir Ənvər iştirak edib.

ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb,onları universitetdə görməkdən məmnun olduğunu bildirib.

Qeyd olunub ki, ölkələrimiz arasında siyasi, iqtisadi, elmi,mədəni münasibətlər yüksək səviyyədədir. Rektor ADU-da fəaliyyətgöstərən dil və mədəniyyət mərkəzləri haqqında məlumat verib.

Bildirilib ki, dil və mədəniyyət mərkəzləri elmi əməkdaşlığınartırılması, yeni elmi təcrübələrin öyrənilməsi, müəllim-tələbəmübadiləsinin aparılması baxımından böyük əhəmiyyət daşıyır.

İraqda yaşayan türkmənlərin bizə doğma və dost olduğunu deyənrektor qonaqlarla gələcək elmi əlaqələrin inkişafı, perspektivləriətrafında fikir mübadiləsi aparıb.

Səmimi qarşılanmaya və xoş sözlərə görə təşəkkürünü bildirənİraq Respublikasının Nümayəndələr Şurasının İnsan haqlarıkomitəsinin sədri Ərşad Rəşad Əl-Salihi Azərbaycanın regionda vədünyada artan nüfuzundan və Qarabağ zəfərindən məmnunluqladanışıb.

Qonaq bölgədə gedən prosesləri yaxından izlədiklərini, Qarabağınazad olmasına sevindiklərini qeyd edərək Azərbaycanın regiondasülhün və tərəqqinin möhkəmləndirilməsi uğrunda səylərini yüksəkqiymətləndirib. O, Azərbaycanla müxtəlif sahələrdə əlaqələriinkişaf etdirməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.

İraqda fəaliyyət göstərən universitetlər haqqında danışan qonaqelmi əlaqələrin qurulması baxımında əlverişli imkanların olduğunudiqqətə çatdırıb. Bağdad və Mosul şəhərlərində fəaliyyət göstərənuniversitetlərdə Türkcə bölümlərin olması, tələbələrin türk dilinəolan marağı önə çəkilib. Həmçinin Fransız, İngilis dillərinin dəyüksək səviyyədə tədris olunduğu söylənilib.

Görüşdə Azərbaycan multikulturalizmi haqqında məlumat verilib.Qeyd olunub ki, Azərbaycan multikulturalizm siyasəti ilə dünyayaörnək bir ölkədir.

İraq Respublikası Nümayəndələr Şurasının üzvləri NuruldinHüssein Qublan, Luqman Əhməd Nəcm, Qərib Əsgər Naqi çıxış edərəkqarşılıqlı əlaqələrin, elmi və mədəni münasibətlərin inkişafetdirilməsi perspektivləri barədə fikirlərini bölüşüblər.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

İraq
İraq
İraq
İraq
İraq
İraq
İraq
İraq
Избранный
145
5
az.trend.az

6Источники