RU

Paris metrosunda Fələstinə dəstək: neonasistlər antisemit şüarlar səsləndirdilər

Fələstin-İsrail münaqişəsinin şiddətlənməsi və antisemit hadisələrin artması fonunda Fransa paytaxtında metroda bir qrup sərnişin nasist şüarları səsləndirməyə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə Britaniyanın “Metro” qəzeti məlumat yayıb.

Qəzetin dərc etdiyi videoda özlərini nasist adlandıran kortəbii izdihamın Fələstinə dəstək üçün şüarlar səsləndirdikləri eşidilir. Vaqonda oturanların qalan hissəsi kortəbii mitinqdə iştirak etməməyi üstün tutub.

Bundan əvvəl respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmanin bildirmişdi ki, Fransada Fələstinə dəstək aksiyalarının təşkilatçıları və təhrikçiləri həbs olunacaq. Həmçinin bildirilir ki, idarə rəisi bu cür nümayişləri “ictimai asayiş üçün risklərə” səbəb ola biləcəyi üçün qadağan edib.

Избранный
758
25
publika.az

10Источники