RU

13 yaşlı uşaq təsadüfən tarixi əsər tapdı

Yazını böyüt
Yazını kiçilt

13 yaşlı oğlan təsadüfən yaşı təxminən 1800 il olan üzük tapıb. İsraildə tapılan tarixi artefakt Qədim Roma ilahələrindən birini təsvir edir.

Hafta.az-ın “Times of Israel”ə istinadən yazdığına görə, İsrailin Hayfa şəhərində atası ilə gəzən Yair Uaytson kiçik bir yaşıl obyekt görüb və gedib onu götürüb. Əvvəlcə paslı bolt zənn etdiyi əşyanı sürtməyi düşünən 13 yaşlı uşaq sonradan bunun üzərində “döyüşçü” təsviri olan üzük olduğunu anlayıb.

Ailəsi İsrail Qədim Əsərlər İdarəsi ilə əlaqə saxladıqdan sonra tədqiqatçılar üzüyün eramızın II və III əsrlərinə təsadüf edən Son Roma dövrünə aid olduğunu müəyyən ediblər.

Qurumun iyulun 17-də verdiyi açıqlamada, təxminən 1800 illik üzükdə Qədim Romada müharibə və müdriklik ilahəsi olduğuna inanılan Minervanın təsvir edildiyi bildirilib.

Üzük Roma dövrünə aid bir ferma evinin xarabalıqlarının olduğu arxeoloji ərazidə olan Xirbet Şelalada tapılıb. Bu ərazinin yaxınlığında köhnə karxana da var.

İsrail Qədim Əşyalar İdarəsindən Nir Distelfeld və Eytan Kleyn deyirlər: "Karxananın kənarında iki dəfn mağarası var. Üzük bu fermada yaşayan bir qadına məxsus ola və ya karxanada bir işçidən düşmüş ola bilər".

Üzüyü dəfn zamanı nəzir kimi təqdim etməsi də mümkündür. Tədqiqatçılar deyirlər ki, bir çox variant var.

Distelfeld tuncdan düzəldilən zinət əşyaları haqqında deyir: "Bu gözəl, tamamilə qorunub saxlanılan üzükdə dəbilqəli, bir əlində qalxan, o biri əlində nizə tutan çılpaq fiqurun şəkli var".

Üzük Qüdsdəki Cey və Jani Şottenşteyn adına İsrail Milli Arxeoloji Kampusunda sərgilənəcək.

Избранный
13
9
hafta.az

10Источники