Bakı. Trend:
Ağdam Sənaye Parkında yeni istehsal sahəsi yaradılır.
Trend xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafıAgentliyi məlumat yayıb.
Bildirilib ki, “Qarabağ Aqro 44” MMC-yə Ağdam Sənaye Parkınınrezidenti statusu verilib.
Müəssisədə sucuq istehsalı həyata keçiriləcək. İnvestisiyadəyəri 1,4 milyon manat olan müəssisədə 20 nəfər işlə təminediləcək.
İstehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı,ixracı da nəzərdə tutulur.
Qeyd edək ki, 2023-cü ilin fəaliyyət yekunlarına həsr olunanmətbuat konfransında İqtisadiyyat Nazirliyi yanında İqtisadiZonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri SeymurAdıgözəlov bu il Ağdam Sənaye Parkında beşdən artıq müəssisəninfəaliyyətə başlayacağını bildirib.