RU

Paris-2024: Fransız QHT-ləri sosial məkanların ləğvindən narahatdır

Paris Olimpiya Oyunlarının başlamasına bir neçə gün qalmış “Le revers de la médaille” assosiasiyalar birliyi cəmiyyətin ən həssas təbəqəsi üçün bu Olimpiadanın fəsadları barədə bir daha xəbərdarlıq edib. Assosiasiya evsiz insanların həyatının daha da çətinləşdiyini bildirib.

SIA xəbər verir ki, “Paris-2024” Olimpiya Oyunları onsuz da çətin vəziyyətdə olan evsizlərin vəziyyətini daha da ağırlaşdırıb. Qadınlar körpə uşaqları ilə küçədə qalıblar. Evsizlər üçün nəzərdə tutulmuş məkanlar oyunarla bağlı Fransa paytaxtına axın edən turistlərə kirayəyə verilir. Sosial yardım xidməti də körpə uşaqla küçədə qalan qadınlara ev tapa bilmədiklərindən şikayətlənir. Qeyd edilir ki, Olimpiya Oyunlarına görə məcburi köçürmələr onsuz da çətin şəraitdə yaşayan evsizlərin vəziyyətini daha da ağırlaşdırıb.

Parisdəki evsiz insanlar paytaxtdan uzaq ərazilərə köçürülür ki, bu da uşaqların məktəbə getməsinə, eləcə də ailələrə sosial yardım göstərilməsinə çətinlik yaradır. Həssas insanların köçürüldüyü belə məkanlarda ictimai nəqliyyata əlçatanlıq səviyyəsi çox aşağıdır. Həssas insanlara təcili yardım edən “Samu sosial” oyunlara görə bu il 3 000 təcili yerləşdirmə məkanının ləğv edildiyini bildirib.

Избранный
100
2
sia.az

3Источники