RU

İraqda terrorda təqsirləndirilən 10 nəfər edam olunub

İraqda

Bakı, 23 iyul, AZƏRTAC

İraqda terrorda və terrorçu təşkilata üzv olmaqda təqsirləndirilən 10 nəfər barədə ölüm hökmü icra edilib.

AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, təqsirləndirilən şəxslər Nəsiriyyə şəhər həbsxanasında asılaraq edam edilib. Edam prosesini Ədliyyə və Səhiyyə nazirliklərinin nümayəndələri müşahidə ediblər.

BMT-nin hesablamalarına görə, bu il İraqda 30 nəfər barədə ölüm hökmü icra edilib. Daha 800 dustaq isə hökmün icrasını gözləyir.

Избранный
53
5
azertag.az

9Источники