Öskürək - bütün tənəffüs sistemi orqanlarının demək, olar ki, hamısının mütləq simptomu olaraq, orqanizmin verdiyi müdafiə reaksiyasıdır. Çox vaxt öskürək xəstə üçün xeyirli olur, çünki tənəffüs yollarından irinli bəlğəmi, mikroorqanizmləri, tozu xaric edir. Lakin əgər öskürək uzun müddət davam edərsə, uşağı xeyli narahat edir, onu yatmağa qoymur, yüngüllük gətirmir, belə öskürək uşağın bronxlarının təmizlənməsində nəinki xeyir vermir, əksinə, bronxlarda iltihab prosesin qalmasına və yayılmasına “kömək” edir.Saglamolun.Az