RU

Prezident və xanımı Səfa Mirzəyevin dəfninə əklil göndərdi

Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Milli Məclis Aparatının sabiq rəhbəri Səfa Mirzəyevin dəfninə əklil göndərib.

"Cebheinfo.az" xəbər verir ki, əklil mərhumun II Fəxri xiyabanda məzarı üzərinə qoyulub.

S.Mirzəyev 11 may 2012-ci ildə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

11 may 2022-ci ildə dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

"Cebheinfo.az"

Избранный
39
42
cebheinfo.az

10Источники