RU

Çempionlar Liqası: "Fənərbağça" İsveçrədən qələbə ilə qayıdıb

Çempionlar

Bakı, 24 iyul, AZƏRTAC

Türkiyənin "Fənərbağça" komandası UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb.

AZƏRTAC xəbər verir ki, İstanbul təmsilçisi II təsnifat mərhələsinin ilk oyununda İsveçrədə "Luqano" komandası ilə üz-üzə gəlib. "Stokhorn Arena"da keçirilən görüş qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb.

Türkiyə klubunun heyətində Edin Ceko het-trik edib. Digər qolu isə Fərdi Kadıoğlu vurub.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 30-da İstanbulda oynanılacaq. Bu cütün qalibi III təsnifat mərhələsində Fransanın "Lill" kollektivi ilə qarşılaşacaq.

Избранный
42
5
azertag.az

6Источники