Bu xəstəlik ağ ciyərlərdə bədxassəli şişin inkişaf etməsi ilə xarakterizə olunur. Ağ ciyər xərçənginin inkişaf etməsinin əsas risk faktorları aşağıdakılardır:Ağ ciyər xərçənginin profilaktikası üçün aşağıdakı əsas şərtlərə riayət etmək lazımdır: - Ağ ciyər xərçənginin profilaktikası üçün ən effektli üsul siqaret çəkmək vərdişindən imtina etməkdən ibarətdir; - İstehsalatdakı zərərli faktorların (nikel, asbest, daş kömür və sairə) təsirindən mümkün qədər uzaq olmaq lazımdır; - Yaşa dolmuş insanlar ildə bir dəfə olmaqla ağ ciyərlərin profilaktik rentgen müayinəsindən (flyuoroqrafiya) keçməlidırlər. Ağ ciyər xərçənginin ilkin dövrlərdə aşkar edilməsi, digər bədxassəli şişlərdə olduğu kimi, müalicənin müvəffəqiyyətlə aparılmasının təminatıdır.
Saglamolun.Az