RU

Zelenski onu komandan TƏYİN ETDİ

Ukrayna prezidenti Volodimir Zelenski Sergey Lupançukun Xüsusi Əməliyyat Qüvvələrinin komandanı təyin edilməsi haqqında fərman imzalayıb. 


Referans.az xəbər verir ki, sənəd Ukrayna prezidentinin ofisinin saytında dərc olunub.

 

Zelenski başqa bir fərmanla Xüsusi Əməliyyat Qüvvələrinin komandanı Viktor Xorenkonu tutduğu vəzifədən uzaqlaşdırıb. O, bu vəzifəni 25 iyul 2022-ci ildən icra edir.

 

Ukrayna Silahlı Qüvvələrinin xüsusi əməliyyat qüvvələri 2016-cı ildən mövcuddur. Bölmə antiterror əməliyyatlarında iştirak edir, kəşfiyyat axtarışları aparır, həmçinin digər ölkələrin hərbçiləri və polislərini hazırlayır.

Избранный
462
49
oxu.az

10Источники