RU

Memarlıq ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Bakı. Trend:

Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin(subbakalavrların) qabiliyyət imtahanında iştirak etməsi üçün ərizəqəbulu iyulun 17-dən 23-dək aparılıb və bu müddət ərzində 399 nəfərqeydiyyatdan keçib.

Dövlət İmtahan Mərkəzindən Trend-ə bildirilib ki, qabiliyyətimtahanı iyulun 30-dan avqustun 2-dək Azərbaycan Memarlıq və İnşaatUniversitetinin idman kompleksində (ünvan: Ayna Sultanova küçəsi,11) keçiriləcək.

İştirakçılar imtahana buraxılış vərəqəsini çap edə bilərlər.Onlar buraxılış vərəqəsində göstərilən tarix və saatda şəxsiyyətvəsiqəsi və imtahana buraxılış vərəqəsi ilə birlikdə imtahanbinasının qarşısında olmalıdırlar.

Abituriyentlər (subbakalavrlar) yalnız rəsm fənnindən qabiliyyətimtahanı verirlər. İmtahanın müddəti 3 saat 45 dəqiqədir.İştirakçılar A3 formatlı kağız üzərində naturadan gipsdənhazırlanmış antik başın təsvirini çəkirlər. 10 ballıq şkala üzrə 6və daha yuxarı qiymət alanlar imtahandan məqbul qiymət almış hesabedilir və xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası üzrəmüsabiqədə iştirak etmək hüququ qazanırlar.

Memarlıq istiqaməti üzrə qabiliyyət imtahanı haqqında ətraflıməlumat 2024-cü ildə nəşr edilmiş “Abituriyent” jurnalının “Təsvirisənət və memarlıq” adlı xüsusi buraxılışında verilib.

İmtahanın nəticələri ilə bağlı abituriyentlərin(subbakalavrların) apellyasiya müraciətlərinə avqustun 3-də saat09:00-dan 12:00-dək Azərbaycan Memarlıq və İnşaat Universitetindəfəaliyyət göstərəcək Apellyasiya Komissiyası tərəfindənbaxılacaq.

Избранный
37
9
az.trend.az

9Источники