RU

Dövlət Neft Fondunun və Mətbuat Şurasının birgə müsabiqəsinin qalibləri mükafatlandırılıb

Dövlət Neft Fondunun və Mətbuat Şurasının birgə müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) və Azərbaycan Mətbuat Şurasının “Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu” mövzusunda yerli media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu) təmsilçiləri arasında keçirdiyi analitik yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Bu barədə Mətbuat Şurasından məlumat verilib. ARDNF-nin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş müsabiqənin mükafatlandırma mərasimində çıxış edən Fondun icraçı direktorunun müavini Bəhruz Bəhramov bildirib ki, media təmsil etdiyi dövlət qurumunun ən önəmli tərəfdaşlarından olub. Fond rəsmisi ARDNF-nin fəaliyyətinin daim jurnalistlər tərəfindən dolğun şəkildə işıqlandırıldığını vurğulayıb. O, media ilə uzunmüddətli məhsuldar işbirliyinin davamlı olacağına əminliyini ifadə edib.

Mətbuat Şurasının sədrinin müavini Səadət Məmmədova analoji müsabiqələrin jurnalistlərin peşə vərdişlərinin artmasında və sahələr üzrə ixtisaslaşmalarında böyük əhəmiyyət daşıdığını bildirib.

Qeyd edək ki, müsabiqəyə jurnalistlər tərəfindən 35 material daxil olub. Həmin materialları ARDNF-nin və Mətbuat Şurasının müəyyənləşdirdiyi münsiflər heyəti nəzərdən keçirib. Əvvəlcədən elan edilmiş şərtlərə uyğun olaraq, birinci, ikinci və üçüncü yer, həmçinin beş həvəsləndirici mükafat olmaqla, ümumilikdə 8 yazı müəllifinin əməyi qiymətləndirilib.

Tədbirdə qaliblərə diplom və mükafatlar təqdim olunub.

Mənbə: AZƏRTAC

Избранный
24
3
ilk.az

4Источники