RU

Naftalanda ümumşəhər iməciliyi keçirilib

Naftalanda ümumşəhər iməciliyi keçirilib

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin sanitar təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə təmizlik və abadlıqla bağlı geniş ümumşəhər iməciliyi keçirilib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, səhər saatlarından etibarən şəhərin kommunal təsərrüfatı xidmətlərinin texnikası və işçi qüvvəsi tərəfindən şəhərin əsas küçə və prospektlərinin süpürülməsi, eləcə də xüsusi dezinfeksiyaedici məhlullarla yuyulması təmin edilib.

Şəhər ərazisini əhatə edən iməcilikdə - işıq dirəkləri, parklarda, çoxmənzilli yaşayış binalarının həyətində oturacaqlar, uşaq oyun qurğuları, söhbətgahlar, hündürmərtəbəli binaların liftləri də dezinfeksiya edilib. Eyni zamanda, məişət tullantılarının atıldığı zibil konteynerlərinin yuyulması təmin edilib.

Mənbə: AZƏRTAC

Избранный
88
5
ilk.az

6Источники