"Belə turnirlərin ölkəmizdə tez-tez keçirilməsini istəyirik".
Bunu "Rizin" Döyüş Federasiyasının Bakıda təşkil etdiyi "Landmark 7" turnirində yaponiyalı Toji Takedaya qalib gələn Tofiq Musayev deyib.
O, yarışda əməyi olan hər kəsə təşəkkür edib: "Rəqibimə də minnətdaram. Ona gələcək karyerasında uğurlar arzulayıram. Yaponiya cəmiyyəti mənim üçün doğmadır. 2019-cu ildə orada məşhurlaşmışam".
Musayev Vüqar Kərəmovun məğlubiyyətinə görə məyus olduğunu söyləyib: "Onunla uşaqlıqdan birlikdəyik. Vüqarın günü deyildi. Üstünlüyü ələ almışdı. Amma bir səhv hər şeyi həll etdi. Vüqar yenidən o kəməri götürəcək".