RU

ABŞ-da "Fələstinə dəstək" nümayişi

ABŞ-ın paytaxtı Vaşinqtonda İsrailin Qəzzaya hücumlarında atəşkəs və ABŞ-ın İsrailə yardımı dayandırması tələbi ilə etiraz nümayişi keçirilib.

Teleqraf.com xəbər verir ki, “Vaşinqtona Milli Yürüş: Azad Fələstin” adı altında təşkil edilən nümayiş yerli vaxtla saat 14:00-da Konqres binası yaxınlığındakı Azadlıq Plaza Meydanında başlayıb.

Meydanı dolduran minlərlə etirazçı əllərində Fələstin bayraqları və Fələstini dəstəkləyən pankartlarla şüarlar səsləndirərək Qəzzada atəşkəs çağırıb.

Qeyri-hökumət təşkilatlarının sülh tərəfdarı olan yəhudi qruplarının iştirakı ilə təşkil etdiyi nümayişdə Prezident Co Bayden administrasiyasından ABŞ-ın İsrailə yardımını dayandırması da tələb olunur.


Müəllif: Teleqraf.com
Избранный
336
2
teleqraf.com

10Источники